Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fiziki klaviaturaya malik cihaz təqdim edilib

Fiziki klaviaturaya malik cihaz təqdim edilib

Tarix: 2 Aprel 2020 08:08

Britaniyanın "Planet Computers" şirkəti 2000-ci illərin kommunikatoru və müasir smartfon arasında aralıq mövqe tutan "Astro Slide" cihazını təqdim edib. Bu qurğunun istehsalı üçün vəsait kraudfandinq vasitəsilə toplanılır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Astro Slide" qurğusu kiçik, amma fiziki klaviaturaya və 5-ci nəsil yüksəksürətli mobil şəbəkələrə qoşulma imkanına malikdir, 6,53 düymlük "Full HD " (2340x1080) formatlı sensorlu displey, cib kompüteri rejimi üçün irəli-geri çəkilən QWERTY klaviatura, daxili "5G" modemə malik 8 nüvəli "MediaTek Dimensity 1000" çipseti, 6 QB əməli, 128 QB daxili yaddaşla (microSD kartının köməyi ilə artırmaq olar) təchiz edilib.

Cihaz "Android 10" sisteminin idarəetməsi altında işləyir, hərçənd "Linux" distribütivini quraşdırmaq və "Dual Boot" rejimində onu istifadə etmək mümkündür. Mobil şəbəkələrə qoşulmaq üçün eSIM və adi SIM kartlar üçün iki slot nəzərdə tutulub. Əsas kameranın təsvir ölçüsü 48 meqapiksel, ön kamerada isə 5 mp-dir.

Milli.Az


Etiketlər:  Fiziki klaviaturaya malik cihaz təqdim edilib


RƏYLƏR