Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 10:36
Bakı. Trend:
2020-ci ilin I rübü ərzində Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 519 müraciətə baxılıb.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, rüb ərzində qəbul edilmiş müraciətlərdən 518-nin icrası təmin edilib, 1 müraciətdən isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən imtina edilib.
Hazırda “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 12 Texniki Şura fəaliyyət göstərir.
Xatırladaq ki, Texniki Şuralar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi məqsədilə yaradılıb.