Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 17:45
Koronavirus diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün daha təhlükəlidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge videobrifinq zamanı deyib.
Onun sözlərinə görə, diabet xəstələrində COVID-19 daha ağır formada keçir və daha ciddi fəsadlara gətirib çıxarır:
"İtaliyada hər üç xəstədən biri diabet və digər xroniki xəstəliklərdən (xərçəng və ya respirator xəstəliklər) əziyyət çəkib".
Ekspert onu da əlavə edib ki, artıq çəkidən əziyyət çəkən şəxslər də koronavirusdan daha çox zərər çəkə bilər.