Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Okeanlar istiləşəndə dəniz heyvanları qütblərə doğru gedir

Okeanlar istiləşəndə dəniz heyvanları qütblərə doğru gedir

Tarix: 2 Aprel 2020 22:24

300-ə qədər dəniz heyvanı növü 100 ildən uzun bir zaman müddətini əhatə edən qlobal analizi, qlobal istiləşməyə görə bu növlərin qütblərə doğru istiqamətləndiyini göstərir. Siyənək balığı və pinqvin kimi növlərin soyuq bölgələrdə sayı artır.

Qlobal analizlərə görə məməlilərin, planktonların, balıqların, bitkilərin və dəniz quşlarının sayı, iqlim istiləndikcə dəyişir. Soyuq bölgələrdə növlərin sayı artır və iqlim dəyişikliyi səbəbi ilə daha əvvəl yaşanmaz olan yerlər təbii mühit halına çevrilir, isti bölgələrdəki növlər, azalmağa başlayır.

Bristol və Exeter universitetləri tərəfindən aparılan araşdırma, heyvan növlərinin say dəyişmələrinə bağlı nəşr olunmuş 540 qeydi nəzərdən keçirdi. Qrupun məqsədi, dəniz bitkilərinin və heyvanlarının dənizlərin istiləşməsinə necə reaksiya verdiyini araşdırmaq idi. Bunun üçün keçən əsrdən bu günə qədər aparılan qeydlər də araşdırıldı.

Bristol Universitetində təkamül ekologiyası üzrə professor Martin Genner, okeanların istiliyinin 1 dərəcə artdığı keçən əsr boyunca toplanan məlumatları araşdırdıqlarını söylədi. Bir başqa araşdırmaçı Luisa Rutterford, iqlim dəyişikliyi ilə birlikdə istiləşən dənizlərə görə heyvan növlərin sayının qütb bölgələrində artmasını təxmin etdiklərini ifadə etdi. Rutterford, ekvator bölgələrindəki növlərin sayının da azalacağını, istiləşən dənizlərin həyata imkan tanımamağa başlayacağını düşündüklərini bildirdi.


Etiketlər:  Okeanlar istiləşəndə dəniz heyvanları qütblərə doğru gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ