Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST: Dünyada koronavirusa daha 72,8 min insan yoluxub

ÜST: Dünyada koronavirusa daha 72,8 min insan yoluxub

Tarix: 3 Aprel 2020 01:28

Bakı. Trend:

Aprelin 2-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 896 450 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzindı 72 839 nəfər yeni koronavirusa yoluxub, 4 924 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 896 450 nəfərə, ölənlərin isə 45 526 nəfər çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 503 006 yoluxma və 33 604 ölüm halı. Avropa regionunda sutka ərzində 38 809 yoluxma halı, 3 515 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 2-nə olan məlumatlara əsasən, 216 912 yoluxma halı və 4 565 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 107 626 yoluxma və 3 723 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halalrı ABŞ-da (187 302), İtaliyada (110 574), İspaniyada (102 136), Çində (82 724) və Almaniyada (73 522) qeydə alınıb.


Etiketlər:  ÜST Dünyada koronavirusa daha 728 min insan yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ