Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində aprelin 4-ü koronavirusdan ölənlər ilə əlaqədar matəm elan edilib

Çində aprelin 4-ü koronavirusdan ölənlər ilə əlaqədar matəm elan edilib

Tarix: 3 Aprel 2020 05:08

Bakı. Trend:

Çin Xalq Respublikanın Dövlət Şurası aprelin 4-ü yeni koronavirus pandemiyası nəticəsində ölənlər və insanların həyatını xilas etmək üçün virusun qurbanı olan həkimlər ilə əlaqədar matəm elan edilməsi barədə qərar qəbul edib.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qərara əsasən, aprelin 4-ü ölkədə, o cümlədən xarici ölkələrdəki diplomatik missiyalarda bayraqlar endirilməlidir. Bütün əyləncə tədbirləri ləğv edilir. Yerli vaxtla saat 10:00-dan (06:00 GMT+4) bütün Çin üçdəqiqəlik sükutla ölənləri yad edəcək.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Çində koronavirusa yoluxanların sayı 81,5 mini, ölənlərin sayı isə 3,3 mini ötüb.


Etiketlər:  Çində aprelin koronavirusdan ölənlər ilə əlaqədar matəm elan edilib


RƏYLƏR