Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan assosiasiyalara məktub - ''Çempionatı ləğv etmək əsassızdır''

UEFA-dan assosiasiyalara məktub -  ''Çempionatı ləğv etmək əsassızdır''

Tarix: 3 Aprel 2020 10:46

UEFA milli çempionatları vaxtından əvvəl bitirməyin əleyhinədir.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, qurum bununla bağlı ona üzv olan 55 assosiasiyaya məktub göndərib.

Məktubda yaxın aylarda futbolun bərpa olunacağına əminlik ifadə olunub və daxili çempionatların ləğv edilməməsi tövsiyə edilib: "Əminik ki, yaxın aylarda futbol yarışları yenidən davam edə bilər. Bu mərhələdə daxili çempionatları ləğv etmək üçün verilən hər hansı bir qərar əsassızdır. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Bu amil mövcud olmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdır.

UEFA  klubların 2020/2021 mövsümündə beynəlxalq yarışlarda iştirak etmək üçün tətbiq olunan yarış qaydalarını qiymətləndirmək hüququnu özündə saxlayır. İdmanımızın əsas dəyərlərini bizimlə bölüşdüyünüzü bilirik və yarışın bütövlüyünü qorumaq üçün missiyamızda dəstəyinizi hiss edirik”.


Qeyd edək ki, ötən gün Belçikada çempionatın ləğv olunduğu və "Brügge"nin çempion elan edildiyi bildirilib.
 


Etiketlər:  UEFA assosiasiyalara məktub Çempionatı ləğv etmək əsassızdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ