Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi yerlərdə yağış, Şahdağda 2 sm qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış, Şahdağda 2 sm qar yağıb - FAKTİKİ HAVA

Tarix: 3 Aprel 2020 14:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.

Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, aprelin 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakən, Oğuzda 15 mm, Altıağac, Şəkidə 13 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 12 mm, Qəbələdə 11 mm, Tovuz, Ağstafada 10 mm, Şabranda 9 mm, Xaltanda 8 mm, İsmayıllıda 7 mm, Xınalıq, Qusarda 6 mm, Qrız, Şəmkir, Naftalanda 5 mm, Göygöl, Gəncə, Qubada 4 mm, Daşkəsən, Tərtər, Ceyrançöldə 3 mm, Mingəçevir, Göyçayda 2 mm, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astara, Gədəbəy, Mərəzə, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Yevlax, Göyçay, Göygöl, Balakən, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Sarıbaş, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, Ağstafa, Gəncədə 20 m/s, Xaçmaz, Bərdə, Şəmkirdə 18 m/s, Qazıməmməddə 16 m/s, Mingəçevirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında: Çilov adasında 25 m/s, Bakıda 24 m/s, Pirallahıda 23 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, aran rayonlarında 15-20, dağlıq rayonlarda 9 dərəcəyədək, Naxçıvan MR-da 10-18, Ordubadda 24 dərəcəyədək isti olub.


Etiketlər:  Bəzi yerlərdə yağış Şahdağda yağıb FAKTİKİ HAVA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ