Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Koronavirusa görə mobil əlavələr üçün xərclər iki dəfə artacaq

Tarix: 3 Aprel 2020 16:15

Koronavirusa görə izolyasiya fonunda mobil əlavələrin populyarlığının artması beş il ərzində proqramlarda istehlak xərclərinin iki dəfə artmasına səbəb olacaq. Bu barədə “Sensor Tower” şirkətinin proqnozunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, 2020-ci ildə Çində mobil proqramların yüklənilməsində kütləvi artım oyunlar və təhsil daxil olmaqla müxtəlif mobil proqram kateqoriyalarına böyük təkan verəcək. ABŞ bazarında da bu tendensiyanın davam edəcəyi gözlənilir.

 

Ekspertlərin fikrincə, 2024-cü ilədək mobil əlavələr üçün xərclərə görə Çin lider olacaq. İkinci və üçüncü yerlərdə isə bu müddət ərzində ümumi illik artım tempi 10 faizi ötəcək ABŞ və Yaponiya qərarlaşacaq.

 

2024-cü ildə həm “App Store”, həm də “Google Play” mağazalarında mobil əlavələr üçün istehlak xərcləri 171 milyard dollara çatacaq ki, bu da ötən ildən iki dəfə çoxdur. Bununla belə analitiklər əlavə edib ki, Çində tənzimləmə mühiti bazarın inkişafı üzrə proqnozu çətinləşdirir.

 

Məlumata görə, Çində 2024-cü ildə bütün dünyada əlavələrin satışından 32 faiz paya sahib çıxacaq “Google Play” mağazası bloklanıb. Qitə Çin bazarı əlavələrin dərc edilməsi üçün bir neçə kiçik platformalara bölündüyü halda yerli “Android” smartfonçuları “Google Play”in alternativini yaradır.

 

“Sensor Tower” şirkətinin proqnozuna görə, 2024-cü ilədək bazarda oyunsuz əlavələrdən daha çox gəlir əldə ediləcək. Ötən il “App Store”da oyun gəlirlərinin payı 2016-cı ildəki 82 faizdən 68 faizədək azalıb, 2024-cü ilədək isə 49 faizədək enəcəyi gözlənilir. 2024-cü ildə “Google Play” üçün bu pay 2018-ci ildəki 87 faizdən 74 faizədək azalacaq.

 

Proqnoza görə, 2019-2024-cü illərdə əyləncəli əlavələr, foto və videonun yaradılması və redaktəsi üçün proqram təminatı, eləcə də sosial şəbəkə əlavələrindən əldə olunan gəlirlər ümumilikdə 230 faizdən çox artacaq. Həmçinin 2024-cü ildə “App Store”da oyunsuz əlavələr üçün xərclər 58 milyard dollara çatacaq.

 

Nizam Nuriyev




Etiketlər:  Koronavirusa görə mobil əlavələr üçün xərclər dəfə artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ