Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 18:30
Çempionlar Liqasının 1/8 finalında keçirilən "Liverpul" - "Atletiko" matçı koronavirusun qaynaqlarından biri hesab olunur.
Qol.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Liverpulun səhiyyə xidmətinin rəhbəri Metyu Eşton məlumat verib. O, sözügedən görüşün keçirilməsinin yanlış olduğunu söyləyib: "Hökümət o zaman vəziyyətin ciddiliyi başa düşmədi. Ehtimal ki, "Atletiko"ya qarşı matç koronavirusun yayılmasına təsir etdi".
Qeyd edək ki, sözügedən görüşü 54 min azarkeş izləyib. Onlardan 3 mini ispan azarkeşlər olub.
Xatırladaq ki, bundan əvvəl ÇL-in 1/8 finalının “Atalanta” - “Valensiya” görüşü Avropada koronavirusun yayılmasının əsas qaynağı hesab olunmuşdu.