Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar - Rəsmi

İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar - Rəsmi

Tarix: 3 Aprel 2020 19:22

İngiltərə Premyer Liqası rəhbərliyi koronavirus səbəbindən təxirə salınan çempionatın nə zaman bərpa olunacağı ilə bağlı bəyanat yayıb.

Qol.az liqanın saytına istinadən xəbər verir ki, Premyer Liqanın mayda bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığlıdır.

Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şəraitdə yenidən başlanacağı vurğulanıb.  Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.

 


Etiketlər:  İngiltərə Premyer Liqası ilə bağlı yeni qərar Rəsmi


RƏYLƏR