Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrədə gün ərzində koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib

İsveçrədə gün ərzində koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib

Tarix: 3 Aprel 2020 20:24

Bakı. Trend:

İsveçrədə koronavirusa yoluxma hallarının sayı son gün ərzində 1 036 nəfər artıb, 52 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 19 303 nəfərdən götürülmüş testlərdən müsbət nəticələr alınıb, 484 nəfər isə ölüb.

Hakimiyyət orqanlarının bildirib ki, xəstələrin orta yaşı 53-dür. Nəşr olunan məlumata əsasən, infeksiyanın yayılması xəritəsində xəstəlik ən çox İtaliya ilə sərhəd olan Ticino kantonunda qeydə alınıb.

H\min ərazidə hər 100 min sakinə orta hesabla 668 yoluxma halı düşür. İkinci yerdə Cenevrə (530), Vo(498) kantonları və Basel-Stadt yarımkantonu (433) yer alır.


Etiketlər:  İsveçrədə gün ərzində koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ