Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 21:36
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə" və "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" qərarlarında dəyişiklik edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla "Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı"na Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əlavə edilib.
"Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Qərarında "Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı"na isə aşağıdakı qurumlar əlavə edilib:
Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar
Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti
"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti
"AzInTelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti
"Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti
Dövlət Avtomobil Nəqliyyatı Xidməti
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi
"Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyəti
"Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyəti
"AzerFon" Məhdud Məsuliyyətli Cəmiyyəti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri
Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri
Yanacaqdoldurma məntəqələri".