Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 13:51
Bakı. Sara İsrafilbəyova - Trend:
“Qarabağ” və “Abşeron” yataqlarında neft və qaz hasilatının 2021-2022-ci illərdə başlanılması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnaslitlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda “Əşrəfi”, “Dan ulduzu”, “Aypara”, “Şəfəq-Asiman” yataqlarında qazma işlərinin başlanılması planlaşdırılır.
“Bulla-dəniz” yatağı barədə danışan R.Abdullayev qeyd edib ki, əsas məqsədlərdən biri qaz hasilatının artırılması və neft hasilatının sabit səviyyədə saxlanılmasıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin