Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində 48 min nəfər təxliyə olundu - Leysana görə

Çində 48 min nəfər təxliyə olundu - Leysana görə

Tarix: 30 May 2019 14:12

Bakı. Trend:

Çin hökuməti təxminən 48 min sakinin təxliyə edilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, buna səbəb Quansi-Çjuan vilayətində artıq bir neçə gündür yağan aramsız leysan yağışları olub.

30 mahal və 9 şəhərdə daşqınlar baş verdiyi bildirlir.

Məlumata görə, fəlakət zonasında 354 mindən çox insan var. Yalnız 48 minə yaxın sakin təhlükəsiz ərazilərə köçürülə bilib.

Leysan yağışları əkin sahələrinə də ciddi ziyan vurub, 600-dən çox ev isə qəzalı vəziyyətə düşüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çində nəfər təxliyə olundu Leysana görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ