Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 12:57
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü ilə əlaqədar TASS agentliyinə müsahibə verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, səfir Azərbaycan ilə Rusiya arasında əlaqələrin yeni səviyyəyə qalxdığını, bütün sahələrdə strateji əməkdaşlıq xarakteri daşıdığını bildirib. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin iki ölkə liderlərinin qarşılıqlı etimadına və dostluq əlaqələrinə əsaslandığını vurğulayıb. P.Bülbüloğlu ötən il Prezident İlham Əliyevin "Valday" Klubunun 16-cı illik plenar iclasındakı tarixi çıxışını, Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya yüksək səviyyəli rəsmi səfərini xatırladıb.
Diplomat siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrimizin inkişaf dinamikası barədə məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun üzvü kimi Rusiyaya ümidlər bəslədiyini diqqətə çatdırıb.