Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Seçim etməli olsam, Messini seçərəm” - Kaka

“Seçim etməli olsam, Messini seçərəm” - Kaka

Tarix: 5 Aprel 2020 14:46

Əfsanəvi Rikardo Kaka "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 37 yaşlı sabiq futbolçu, iki hücumçunu müqayisə edib:

"Ronaldu ilə birlikdə oynamışam. O, inanılmaz bir futbolçudur, amma seçim etməli olsam, Messini seçərəm. O, dahi futbolçudur. Messinin oyunu inanılmazdır. Ronaldu bir maşın kimidir. Təkcə fiziki və sürəti baxımından deyil, həm də zehni olaraq da çox güclüdür. O, hər zaman qalib gəlmək, oynamaq və ən yaxşı olmaq istəyir.

Onların hər ikisi dünya idman tarixində ilk 5-liyə düşəcəklər. Hər iki futbolçunun oyununu gördüyümüz üçün şanslıyıq".

Milli.Az


Etiketlər:  Seçim etməli olsam Messini seçərəm Kaka


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ