Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Huawei Avropa ölkələrinə yardım etməyəcək - SƏBƏB

Huawei Avropa ölkələrinə yardım etməyəcək - SƏBƏB

Tarix: 5 Aprel 2020 22:52

Avropa Birliyi şirkətə qarşı hörmətsizlik edib.

Məlum olduğu kimi, bir müddət əvvəl Çinin texnologiya nəhəngi Huawei Avropa Birliyinə dəstək olaraq, 1 milyon ədəd qoruyucu maskanı İspaniyaya, 800 min ədəd isə Hollandiyaya göndərib. Lakin Avropa Birliyi tərəfindən işlədilən hörmətsiz ifadədən sonra şirkət bu yardımı dayandıracağını deyib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel çıxış edərkən şirkətə qarşı səhvə yol verib. O, Huawei-in bu addımını "siyasi səxavət" və PR kampaniyası adlandırıb.

Huawei rəhbərliyi bu çıxışdan sonra açıqlama verərək bildiriblər ki, şirkət Avropaya qoruyucu maska yardımını dayandıracaq və Jozep Borrelin məlum çıxışını şirkətə qarşı hörmətsizlik kimi qəbul edir.


Etiketlər:  Huawei Avropa ölkələrinə yardım etməyəcək SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ