Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 08:52
UFS çempionatının rəhbəri Deyna Vayt 18 apreldə keçiriləcək UFC 249 turnirində rusiyalı Həbib Nurməhəmmədovun iştirak etməyəcəyini xəbər verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə D.Vayt "Twitter" səhifəsində yazıb.
"Turnir baş tutacaq, amma Həbibsiz. Sabah döyüşlərin siyahısını açıqlayacağam", - UFS-nin rəhbəri bildirib.
Turnirin keçiriləcəyi yer hələ açıqlanmayıb. Daha əvvəl yarışın Nyu-Yorkda keçiriləcəyi güman edilirdi, lakin koronavirusla bağlı vəziyyətə görə təxirə salındı. Turnirin əsas döyüşü H.Nurməhəmmədovun amerikalı Toni Fergüsona qarşı dueli idi. Rusiyalı döyüşçü əvvəlcədən turnirin keçiriləcəyi yeri bilmədiyi təqdirdə iştirak etməyəcəyini bildirmişdi.