Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 12:00
Türkiyə 4 obyektin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESKO-ya müraciət edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi bildirib.
Nazirlikdən qeyd olunub ki, obyektlərdən biri milli, üçü isə çoxmillətli obyektdir.
Qeyd olunur ki, çay mədəniyyəti, balaban və Molla Nəsrəddin lətifələri çoxmillətli şəkildə təqdim edilib.
Belə ki, balaban UNESKO-ya Azərbaycanla birgə, Molla Nəsrəddin lətifələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla birgə təqdim edilib.