Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaqlar

Yaşı 65-dən yuxarı şəxslər pensiyalarını belə alacaqlar

Tarix: 6 Aprel 2020 16:28

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.

Eyni zamanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərini istənilən bankın bankomatından, eləcə də "Azərpoçt"un istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək mümkündür.

Hər hansı sual olarsa 142 - Çağrı Mərkəzinə müraciət etmək olar.


Etiketlər:  Yaşı dən yuxarı şəxslər pensiyalarını belə alacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ