Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 08:24
Karneqi-Mellon Universitetinin mütəxəssisləri smartfonun köməyilə sifətin 3D modelinin yaradılması üçün texnologiya hazırlayıblar. Adətən bunun üçün çoxlu kameraya malik xüsusi avadanlıqdan istifadə olunur.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni texnologiyanın köməyilə insanın sifətinin 3D modelini yaratmaq üçün onu hər bir tərəfdən videoya çəkmək lazımdır. Bu proses 15-20 saniyə vaxt alır.
Bundan sonra alqoritmlər öz işini görür. Onlar insanın sifətini fondan ayıraraq ikiölçülü təsviri üçölçülüyə çevirirlər. Bütün bu prosesə 30-40 dəqiqə vaxt tələb olunur.