Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səbuhi Səfiyarlı ''Qəbələ''dən getdi

Səbuhi Səfiyarlı ''Qəbələ''dən getdi

Tarix: 30 May 2019 18:16

"Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı əyalət klubundan ayrılıb.

Bu barədə Qol.az-a açıqlamasında o, özü məlumat verib. Menecerin sözlərinə görə, klubdan gedişi bu gün rəsmiləşib. Gələcək karyerası ilə bağlı da danışan S. Səfiyarlı yenidən futbol agenti kimi çalışa biləcəyini istisna etməyib:

"Qəbələ"dən bu gün ayrılmışam. Sabahdan işsizlər sırasına qoşulacağam. Ona görə də indidən nəsə deyə bilmərəm. Əvvəlcədən xəbərdarlıq olunsa da, iş axtarmaqla məşğul olmamışam. Bu dəqiqə üçün hər hansı bir fikrim yoxdur. Yəqin ki, ilk ağlıma gələn agentlik fəaliyyətinə qayıtmaq olacaq".

Qeyd edək ki, S. Səfiyarlı "Qəbələ"dən əvvəl "Neftçi" və "İnter"də (indiki "Keşlə") çalışıb.
 


Etiketlər:  Səbuhi Səfiyarlı Qəbələdən getdi


RƏYLƏR