Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 12:22
ABŞ-ın Ədliyyə Nazirliyi DÇ-2018 və DÇ-2022 ilə bağlı yeni rüşvət iddianaməsi yayımlayıb.
Qol.az nazirliyin saytına istinadən xəbər verir ki, iddianamədə FİFA rəsmilərinin Rusiya ilə Qətərin müvafiq olaraq 2018 və 2022-ci il dünya çempionatını keçirməsinə səs vermək üçün rüşvət aldıqları bildirilib.
2010-ci ildə FiFA-nın vitse-prezidenti və KONKAKAF prezidenti olan Cek Uornerin Rusiyaya səs vermək üçün 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Qurumun sabiq İcraiyyə Komitəsinin üzvlərindən olan Rafael Salqeroya isə bunun qarşılığında 1 milyon dollar söz verilib.
Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FİFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozın Qətərin lehinə səs vermək üçün rüşvət aldığı bildirilib.