Tarix: 8 Aprel 2020 15:12
“Sevilya”nın futbolçuları da maaşlarının böyük bir hissəsini kluba güzəştə gediblər.
Qol.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Koronavirus pandemiyasına görə yarana biləcək maliyyə böhranının qarşısını almaq üçün futbolçular bu addımı atıblar. Onlar maaşlarının 70 faizindən imtina ediblər.
Futbolçularla birgə məşqçi heyətinin də məvaciblərinin eyni qaydada azaldıldığı bildirilib. Qərarın klubun idarəçilərinə də aid edildiyi açıqlanıb. Bundan başqa, “Sevilya” 254 işçinin bir hissəsini tətilə göndərib, digər hissəsinin isə iş saatını azaldıb.
Qeyd edək ki, bundan əvvəl “Barselona”, “Atletiko” və “Yuventus”da da maaşlar 70 faiz azaldılmışdı.