Tarix: 8 Aprel 2020 16:42
Dortmund “Borussiya”sının futbolçusu Andrea Şürrleyə Türkiyədən təklif var.
Qol.az xəbər verir ki, bu barədə Almaniyanın "Sky Deutschland" nəşri məlumat yayıb. "Beşiktaş"ın 29 yaşlı hücumçunu transfer etməyə çalışdığı bildirilib.
Hazırda Moskva “Spartak”da icarədə olan alman hücumçunun isə İstanbul klubuna keçməkdə maraqlı olmadığı qeyd olunub.
Xatırladaq ki, Türkiyə klubu ötən ilin yayında da hücumçuya təklif göndərmişdi.
Şürrlenin “Borussiya” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm “Spartak”da 18 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə edib.