Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Ter Ştegenə əvəzləyici tapdı

Tarix: 8 Aprel 2020 21:20

Mark-Andre Ter Ştegenlə yeni müqavilə ilə bağlı danışıqlarda razılığa gələ bilməyən "Barselona" "Ayaks"ın qolkiperini transfer edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu, Amsterdam təmsilçisinin qapıçısı Andre Onananın xidmətində maraqlıdır. Barcelona kamerunlu futbolçunu Ter Ştegenin əvəzləyicisi olaraq görür.

"Barselona"nın Ter Ştegenlə razılığa gələ bilməyəcəyi halda, 24 yaşlı Onananı heyətinə qatacağı bildirilir. Onananın "Ayaks"la müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Milli.Az


Etiketlər:  Barselona Ter Ştegenə əvəzləyici tapdı


RƏYLƏR