Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo səhvini etiraf etdi

Mourinyo səhvini etiraf etdi

Tarix: 8 Aprel 2020 21:54

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo parkda qrup halında məşq keçməklə səhv etdiyini etiraf edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bununla bağlı deyib:

"Hərəkətlərimin dövlət protokoluna uyğun olmadığını qəbul edirəm. Təkcə ailəmizlə təmasda olmalıyıq. Hər kəs hökumətin tövsiyyələrinə əməl etməlidir.Səhiyyədə çalışan qəhrəmanlarımıza dəstəkləmək və həyat xilas etmək üçün hamımız üzərimizə düşəni etmək məcburiyyətindəyik".

Xatırladaq , Mourinyo London parklarının birində futbolçular Tanqay N’Dombele, Rayan Sesenyon və Davinson məşq edərkən görüntülənmişdi.

 


Etiketlər:  Mourinyo səhvini etiraf etdi


RƏYLƏR