Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan ölənlərin sayı 812-ə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 812-ə çatıb

Tarix: 8 Aprel 2020 22:24

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 87 nəfər yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 812 nəfərə çatıb.

Nazir bildirib ki, ölkədə 4 117 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 38 226 nəfərə çatıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 485 000-i ötüb. Bunların 318 875 nəfəri sağalıb, 87 292 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Etiketlər:  Türkiyədə koronavirusdan ölənlərin sayı 812 ə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ