Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Yeni tip ekranlar gözdən əlillərə şəkilləri

Tarix: 9 Aprel 2020 08:32

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Brayl sensor ekranları ilə təchiz edilə bilər. Ancaq texnologiya bir sıra çatışmazlıqlara (əks olunan simvolların sayının məhdud olması, həmçinin avtonom işləmə müddətinin az olması) malikdir. Yeni hazırlama belə ekranların göstəricilərini xeyli yaxşılaşdırmağa imkan verir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əksər Brayl ekranları pyezoelektrik effektindən istifadə edir. İstiqamətlənmiş elektrik gərginliyi vaxtı barmaqların altında mətni oxumağa imkan verən qabarıq nöqtələr peyda olur. Mövcud texnologiya ən çox 80 simvol əks etdirmək imkanına malikdir ki, bu da oxumanın tempini aşağı salır.

Alternativ kimi elektroaktiv polimerlərdən (EAP) istifadə etmək təklif edilir, çünki onlar yalnız daha çox mətn əks etdirmir, həm də daha mürəkkəb taktil tiplər (məsələn, şəkil) üçün istifadə oluna bilər.

Milli.Az


Etiketlər:  Yeni tip ekranlar gözdən əlillərə şəkilləri görməyə imkan verir


RƏYLƏR