Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 08:34
İngilis Premier Liqasının (APL) futbolçuları Britaniya səhiyyə xidmətinin (NHS) birbaşa dəstəklənməsi, koronavirus pandemiyası zamanı ehtiyacı olanlara müalicə və yardımın təmin edilməsi üçün #PlayersTogether təşəbbüsü ilə müvafiq fond yaratmaq qərarına gəliblər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, təşəbbüsün yaradılması haqqında sənədi "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson "Twitter" səhifəsində dərc edib.
Bildirilir ki, müxtəlif ingilis klublarından olan futbolçular fonda 4,56 milyon avro vəsait köçürəcəklər.
Britaniyada koronavirusa yoluxma hallarının sayı 60 mini ötüb, 7 mindən çox insan isə bu virusdan dünyasını dəyişib.