Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 09:00
Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin "Realme" şirkəti tədricən yeni istehlak elektronikası seqmentlərini mənimsəyir. Belə ki, şirkətin yeni fəaliyyət istiqamətlərindən biri "ağıllı" televizorlar olacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bundan əvvəl şirkətin televizorlar bazarına daxil olması ilə bağlı planlar barədə marketinq üzrə direktor Frensis Van məlumat verib. "Smart" televizorların bu rüb təqdim ediləcəyi gözlənilir.
Bildirilir ki, gələcək televizorlardan biri Hindistanın Standartlar Bürosunun (Burea of Indian Standards, BIS) saytında dərc edilən sənədlərdə əks olunub. Model "JSC55LSQL" kod adı ilə göstərilib.
Qeyd olunur ki, ekranın ölçüsü diaqonal üzrə 43 düym təşkil edir. Qurğunun təsvir ölçüsü və digər xüsusiyyətləri barədə məlumat verilmir.
Bununla belə, "Realme" şirkəti tərəfindən digər ölçü variantlarında da televizorların buraxılacağı gözlənilir. "Full HD" (1920 × 1080 piksel) və "4К" (3840 × 2160 piksel) formatlı modellərin təqdim ediləcəyi ehtimal olunur.