Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 18:48
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcəkdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzuna həsr olunacaqdır.