Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 22:58
Bakı. Trend:
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması heç bir şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"dən asılı deyildir.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
M.Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır:
"Onun statusu siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməlidir. Bunun üzərində də ATƏT-in Minsk Qrupu iş aparır".
Rusiya XİN-nin rəsmisi əlavə edib: "Eyni zamanda, hesab etmirik ki, gələcək sülh prosesinin gedişatı hər hansı bir şəkildə qeyd olunan hadisədən asılıdır".