Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO)

​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO)

Tarix: 10 Aprel 2020 10:40

Bakı. Trend:

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə həyata keçirilən sosial təşəbbüslərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rahat” supermarketlər şəbəkəsi də qoşulub.

KOBİA-dan Trend-ə bildirilib ki, #evdəqal kampaniyası çərçivəsində KOBİA və “Rahat” supermarketlər şəbəkəsinin birgə təşəbbüsü ilə Bakı şəhərində yaşayan 200 aztəminatlı ailəyə gündəlik istehlak mallarının təqdim edilməsinə başlanılıb.

Birdəfəlik ərzaq yardımları ailələrə KOBİA-nın əməkdaşları və “KOB könüllüləri” tərəfindən təqdim olunub. "KOB könüllüləri" həmçinin, vətəndaşları koronavirus infeksiyası ilə bağlı dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlandırıb, onlara maarifləndirici bukletlər təqdim ediblər.

Sahibkarların mövcud şəraitdə aztəminatlı ailələrə və tənha ahıl insanlara göstərdiyi dəstək biznes nümayəndələrinin sosial məsuliyyətindən irəli gəlməklə yanaşı, həm də milli həmrəyliyə və xeyriyyəcilik ənənələrinə gözəl nümunədir.

​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO) - Gallery Image ​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO) - Gallery Image ​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO) - Gallery Image ​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO) - Gallery Image ​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO) - Gallery Image ​KOBİA və “Rahat” supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs​ (FOTO) - Gallery Image


Etiketlər:  KOBİA Rahat supermarketlər şəbəkəsindən birgə sosial təşəbbüs FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ