Tarix: 10 Aprel 2020 15:16
Moskva "Lokomotiv"inin baş məşqçisi Yuri Syomin və futbolçular koronavirus pandemiyasına görə maaş azaldılması ilə bağlı klubla razılığa gəliblər.
Qol.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq çalışdırıcısı Rusiya mətbuatına açıqlamasında deyib.
O, kluba dəstək olmaq üçün bu addımın vacib olduğunu bildirib:
“Razılaşdığımız yaxşı oldu. Bu, əladır. Maaş məsələsinə gəlincə, mən komandanın bir hissəsiyəm və oyunçularla bütün razılaşmaları tam dəstəkləyirəm".Daha əvvəl "Lokomotiv"in oyunçularının maaşlarının 40 faiz azaldılmasına razı olmadıqları bildirilmişdi.
Qeyd edək ki, Rusiyada daha əvvəl "Zenit", "Spartak", SSKA, "Dinamo", "Rubin", "Ufa" və "Krılya Sovetov" da oyunçularla maaşların azaldılması barədə razılığa gəlib.