Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 17:38
Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuliyə humanitar yük çatdırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Bolnisi və Marneulidə ehtiyacı olan ailələrə 600 bağlama humanitar yardım veriləcək.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bildirib ki, bu aksiya iki ölkə arasında dostluq naminə həyata keçirilir:
"Biz xeyriyyə aksiyasını Azərbaycan prezidentinin təşəbbüsü ilə keçiririk. Aksiya dünən başlayıb. Bu gün biz Marneulidəyik. Bu aksiya, həmçinin Rustavi, Qardabani, Kaxeti, Tbilisi və Şida-Kartlidə də keçiriləcək. Bizim bir məqsədimiz var: koronavirusla bütün gücümüzlə mübarizə aparmaq. Mən əminəm ki, bu, tezliklə başa çatacaq. Gürcüstan hökuməti bunun üçün bütün səyləri göstərəcək".