Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 10:50
Türkiyə millisinin sabiq futbolçusu Rüştü Reçber koronavirusdan sağalıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı veteran qapıçının həyat yoldaşı Işıl Rəçbər İnstagram səhifəsində paylaşıb.
O, Reçberin sonuncu analizinin nəticəsinin mənfi çıxdığını açıqlayıb.
Qeyd edək ki, oyunçu karyerası ərzində "Fənərbağça" və "Beşiktaş", eləcə də "Barselona"nın formasını geyinmiş Rüştü Reçber hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır.