Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli ekspert: ''Azərbaycan türk dünyasının birləşməsində, ticarət münasibətlərinin yaxşılaşmasında vacib yer tutur''

Türkiyəli ekspert: ''Azərbaycan türk dünyasının birləşməsində, ticarət münasibətlərinin yaxşılaşmasında vacib yer tutur''

Tarix: 11 Aprel 2020 14:45

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Türk Şurasının dünya miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü türk dövlətləri arasında qardaşlıq əlaqələri və əməkdaşlığı daha da möhkəmləndirib.

Milli.Az bildirir ki, bunu Trend-ə türkiyəli ekspert Murat Akan deyib.

Onun sözlərinə görə, ilk dəfə videokonfrans üsulu ilə keçirilən sammit, həmçinin türk dünyasının pandemiya başa çatdıqdan sonra yaranacaq yeni qlobal nizama birgə hazırlıq işi hesab edilir:

"COVID-19 pandemiyası başa çatdıqdan sonra dünya əvvəlki kimi olmayacaq. Koronavirusun yayılması türk-islam dünyasının dəyərlərinin vacibliyini də nümayiş etdirdi. Digər mədəniyyətə sahib olan ölkələr öz problemlərinin həlli üçün qapandığı bir vaxtda, türk ölkələri digər dövlətlərə kömək edir, birlik və həmrəylik nümayiş etdirirlər".

Ekspert əlavə edib ki, Azərbaycan türk dünyasının birləşməsində, ticarət münasibətlərinin yaxşılaşmasında vacib yer tutur və Türkiyəni digər türk dövlətləri ilə birləşdirən körpü rolunu oynayır.

Bundan başqa, M.Akan qeyd edib ki, Türkiyə Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə gündə 3 500 ton yükün nəqli üzərində işləyir:

"Bu xətt üzrə yüklərin daşınması türk dövlətləri arasında ticarətin həcmini daha da genişləndirəcək".

Milli.Az


Etiketlər:  Türkiyəli ekspert Azərbaycan türk dünyasının birləşməsində ticarət münasibətlərinin yaxşılaşmasında vacib tutur


RƏYLƏR