Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus stresindən çıxmağın yolları

Koronavirus stresindən çıxmağın yolları

Tarix: 11 Aprel 2020 19:33

COVID-19 pandemiyası bütün dünyada insanların həyatını dəyişir. Bir çox ölkələrdə məktəblər və müəssisələr bağlanır, ailələr bir-birindən ayrı qalır. İnsanlar virusa yoluxmaqdan və yaxınlarının xəstələnib, öləcəyindən qorxur. Bu pandemiya çox sayda təşvişlərə səbəb olur. Ancaq bunun öhdəsindən gəlməyin yolları var.

ABŞ-da koronavirusun yayıldığının ilk əlamətlərindən biri ərzaq mağazasındakı boş rəflər idi. İnsanlar lazım olduğundan daha çox ərzaq və ləvazimat alıb yığmağa başladı.​ Ohayo Dövlət Universitetindən Kin Yeger "İnsanlar problemlə mübarizə edə bilməyəndə, qeyri-müəyyənliyi idarə etmək üçün hansısa işlər görməyə başlayırlar."

Yeger insanların stresin öhdəsindən gəlmələrinin daha yaxşı yollarının olduğunu deyir. "Bu metodlardan biri insanların bu gün mövcud olan müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək, ailə üzvləri ilə söhbət edib, onların evdə, təhlükəsiz olduqlarını bilməkdir".

Video vasitəsilə insanlar uzaqda olsalar belə, ailə üzvləri və dostlarını görə bilər. Stresin öhdəsindən gəlmək üçün insanlar idmanla da məşğul ola bilər. "Bilirik ki, bu, bizim fiziki və emosional sağlamlığımız üçün faydalıdır. Fiziki aktivliyin depressiya, həmçinin təşviin aradan qaldırılmasına yardımına dair çox böyük araşdırmalar mövcuddur" - deyə, Klivlend Klininasının həkimi Skot Bea bildirir. Ən vacib şeylərdən biri də kiçik olsa belə, qarşımıza hədəflər qoymaqdır. "Bizim hansısa işi uğurla başa çatdırıb, "bax, mən bunu etdim "deyə bilməyimiz lazımdır. Bu, yaşadığımız təşvişi yüngülləşdirməyə yardım edir" - deyir Ken Yeger.

Bu, digər çətinliklərimizin öhdəsindən necə gəldiyimizi görməyimizə də kömək edir. "Biz hamımız adət etdiyimiz rahat həyatımızdan kənarda yaşadığımız zaman daha çox böyüyürük. Bu, çoxumuzun rahat həyatımızdan kənarda qaldığımız bir dövrdür."

Bir də gülməyi unutmayın. "Yumor bizim üçün faydalıdır. Düşünürəm ki, bu, beyin kimyasını aktivləşdirmək və özümüzü daha yaxşı immun sistemi ilə qorumağın yoludur. Yumor həqiqətən yaxşı dərmandır."


Etiketlər:  Koronavirus stresindən çıxmağın yolları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ