Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 21:36
Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşkəsi alqışlayır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Bəyanatda qeyd edilir: "Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək".