Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 23:48
Koronavirusa görə bir neçə smartfon istifadəçisi telefon almaq fikrindən daşınıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Strategy Analytics" şirkəti məlumat yayıb.
Məlumata görə, bununla bağlı insanlar arasında sorğu aparılıb.
Respondentlərin 37%-i yeni smartfon almağı, 32%-i 5G dəstəkli telefonları almağı təxirə salıb. 28% istifadəçi bildirib ki, pandemiya onlara yeni cihaz almağa mane olmayıb. 9% iştirakçı isə qeyd edib ki, onlar sadəcə olaraq telefonlarını dəyişmək istəmirlər və koronavirus burada heç bir rol oynamır.
41% Apple istifadəçisi mövcud vəziyyətə baxmayaraq, yeni iPhone almağı planlaşdırır.