Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 11:44
Aprelin 13-dən etibarən “Anderlext” koronavirus pandemiyasına görə dayandırdığı məşqləri bərpa edəcək.
Qol.az xəbər verir ki, bu barədə komandanın kapitanı Venan Kompani “Tuttomercatoweb” saytına bildirib: “Hamı bundan razıdır”. Daha əvvəl Belçikanı “Genk” komandası da məşqlərə başlamaq barədə qərar verib.
“Anderlext”in mətbuat katibi Davis Ştegen isə bildirib ki, özlərini yaxşı hiss etməyən futbolçular evdə qalaraq məşqə qoşulmaya bilərlər: “Məşqdə iştirak edən bütün oyunçular və məşqçilər sosial məsafəni qorumalıdırlar. Məşqdə əsas diqqət fiziki hazırlığa yönəldiləcək. Topla əsasən qapıçılar çalışacaq”.
Qeyd edək ki, daha əvvəl Belçika liqasının erkən dayandırılacağı bildrilirdi. Lakin UEFA-nın sanksiya hədəsindən sonra bununla bağlı yekun qərarın aprelin 24-də veriləcəyi bildirilib.