Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''un əfsanəsi xəstəxanadan buraxıldı

''Liverpul''un əfsanəsi xəstəxanadan buraxıldı

Tarix: 12 Aprel 2020 15:20

"Liverpul"un sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş xəstəxanadan buraxılıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin koronavirusdan müalicəsi uğurla tamamlanıb. Dalqliş buna görə həkimlərə və tibb bacılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Kenni Dalqlişin koronavirusa yoluxduğu aprelin 10-da müəyyənləşib. 1985 - 1991 və 2011 - 2012-ci illərdə "Liverpul"un baş məqçisi olmuş Dalqliş "qırmızılar"a 3 çempionluq, 2 ölkə kuboku, 4 Superkubok, habelə Liqa Kuboku qazandırıb.


Etiketlər:  Liverpulun əfsanəsi xəstəxanadan buraxıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ