Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox meyvə yemək bu orqanı sıradan çıxardır - Alimlərdən vacib xəbərdarlıq

Çox meyvə yemək bu orqanı sıradan çıxardır - Alimlərdən vacib xəbərdarlıq

Tarix: 13 Aprel 2020 05:30

Meyvələrin tərkibində olan vitamin və minerallar sağlamlığımız üçün çox faydalıdır. Lakin alimlər xəbərdarlıq edir ki, meyvələrin fruktoza ilə zəngin olması onları  qaraciyər üçün təhlükəli edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, fruktozanın həddindən artıq miqdarda qəbulu qaraciyərin piylənməsinə səbəb olur. Qaraciyərin piylənməsi çox təhlükəli haldır. Onun nəticəsində qaraciyərdə iltihab yaranır, qaraciyər sirrozu və  xərçənginin riski artır.

Bir çoxların fikrinə görə, qaraciyərin piylənməsinin səbəbi yağlı qidaların həddindən artıq miqdarda qəbuludur. Ancaq bu belə deyil. Bunun əsas səbəbi məhz şəkərdir - həm qlükoza, həm də fruktoza.

Bunu nəzərə alaraq mütəxəssislər gün ərzində yalnız 2 porsiya meyvə yeməyi tövsiyə edirlər (məsələn, 1 porsiya 1 alma, 1 banan, 1 portağal və s. təşkil edir). Bundan çox yox. Həmçinin meyvələri eyni vaxtda deyil, günün müxtəlif saatlarında yemək lazımdır (məsələn, səhər 1 alma, günorta 1 banan və s.).  

Qaraciyərin piylənməsi tək qaraciyərin özünə deyil, digər orqanlara da ziyan vurur - həzm prosesləri pozulur, damarlarda xolesterinin yığılması sürətlənir.  

Həmçinin qaraciyərin piylənməsi mədəaltı vəzinin fəaliyyətinə çox mənfi təsir edir, 2-ci tip diabetin riskini artırır.  

Mütəxəssislər qaraciyərin sağlamlığı üçün qəhvə və kifayət qədər su içməyi, qulançar yeməyi, fiziki aktiv olmağı tövsiyə edirlər.

Milli.Az


Etiketlər:  Çox meyvə yemək orqanı sıradan çıxardır Alimlərdən vacib xəbərdarlıq


RƏYLƏR