Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada yeni ekspres koronavirus testləri hazırlanıb

Rusiyada yeni ekspres koronavirus testləri hazırlanıb

Tarix: 13 Aprel 2020 13:52

Bakı. Trend:

Rusiyada "Genotek" tibbi-genetik mərkəzinin mütəxəssisləri koronavirus RNT-sinin yeni ekspres testini hazırlayıb.

Trend-in məlumatına görə, yeni testlər daha az komponent istifadə etməklə 10 dəqiqə ərzində yoxlanış üçün nümunələr hazırlamağa imkan verir.

Qeyd olunur ki, yeni testlər polimeraz zəncirvari reaksiya texnologiyasına əsaslanır. Bu texnologiya koronavirus infeksiyasının mənbəyinin RNT-sinin və ya koronavirusa qarşı antihissəciklərin tapılmasına kömək göstərir.

Əczaçılıq şirkətləri ay ərzində milyon ədəd yeni ekspres testlər istehsal edə bilər.


Etiketlər:  Rusiyada yeni ekspres koronavirus testləri hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ