Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poçt göndərişlərində şübhə aşkarlanarsa...

Poçt göndərişlərində şübhə aşkarlanarsa...

Tarix: 13 Aprel 2020 17:18

"Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları"nda dəyişiklik edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qərar imzalayıb.

Qərarla sənədin 4.9 bəndi dəyişdirilib.

Həmin bənd daxili poçt göndərişlərində aşkar olunmuş zəhərli heyvan və bitkilərlə bağlıdır. Bildirilirdi ki, daxili poçt göndərişlərində aşkarlanmış zəhərli heyvan və bitkilərlə bağlı müvafiq akt tərtib edilməlidir.

Sənədə əsasən, həmin məlumatlar baytarlıq orqanlarına və ya fitosanitar sahəsində dövlət nəzarətini həyata keçirən orqanlara təhvil verilirdi.

Nazir R.Quluzadənin yeni qərarı ilə bundan sonra müvafiq akt tərtib edilərək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil veriləcək.


Etiketlər:  Poçt göndərişlərində şübhə aşkarlanarsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ