Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bel ağrılarında 7 qadağan idman hərəkəti

Bel ağrılarında 7 qadağan idman hərəkəti

Tarix: 13 Aprel 2020 18:36

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova bel ağrısı və bel fəqərəarası yırtıq zamanı məsləhət edilməyən idman hərəkətləri haqqında ətraflı məlumat verib. Gözəl bədən quruluşuna sahib olmaq bir çoxlarımız idmanla məşğul olmağa çalışır. Eyni zamanda, aramızda bel ağrısından əziyyət çəkən insanlar da çoxdur və bəzi idman hərəkətləri bu ağrıların artmasına səbəb ola bilər. Ona görə biz bel ağrısı və bel fəqərəarası yırtıq zamanı məsləhət edilməyən idman hərəkətlərindən danışacağıq.

1.“Squad”lar

Bu hərəkət idman proqramlarında populyardır. Hərəkət zamanı bel nahiyyəsinə yüklənmə artır və bu bel ağrısının daha şiddətlənməsinə yol aça bilir.

2. Qabağa əyilmə

Bu hərəkət zamanı bel nahiyyəsi qabarır və fəqərəarası disklərə düşən yükü artırır.

3. Uzanan yerdə “press”

Bu populyar idman hərəkəti zamanı bel fəqərələrə və fəqərəarası disklərə həddən artıq stres düşür.

4. Ayaqlar üçün press.

Bu idmanda bel nahiyyəsinin strukturları çox yüklənir.

5. Ştanqa qaldırma.

Bu hərəkət problemli bel üçün zəruridir.

6. Velisoped sürmək.

Velisoped sürəndə bel nahiyyəsi stresə düşür.

7. Qaçmaq

Qaçanda fəqərəarası diskər çox yüklənir. Disklərdə əvvəldən zədələnmə varsa qaçış onu daha da artıra bilər.

Bel ağrılarını azaltmaq üçün tövsiyyə olunmuş 5 hərəkəti gündəlik idman proqramınıza əlavə edin. Həmçinin, vücüd əzələlərini tonusda saxlamaq ücün üzgüçülük də məsləhət görülür.

“Fit görünüşü” düşünəndə yadınızdan çıxartmayın ki, hər şeydən öncə sağlamlıqdır. Bədən əzələlərini sağlam saxlamaq üçün xüsusi avadanlığa gərək yoxdur. Bədənin balansını, stabilliyi, mobilliyi sadə idman hərəkətlərinin köməyi ilə saxlamaq mümkündür.

Daha ətraflı məlumatı almaq üçün linkə daxil olun. https://customshospital.az/hekim-mesleheti-bel-agrilarinda-7-qadagan-idman-hereketi/


Etiketlər:  Bel ağrılarında 7 qadağan idman hərəkəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ