Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 19:32
"Sabah"ın moldovalı futbolçusu Yevgeni Koçuk karantin müddətindəki məşğuliyyətlərindən danışıb.
Qol.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 26 yaşlı yarımmüdafiəçi çox nadir hallarda yemək bişirdiyni deyib: "Yemək bişirmək üçün mənə 40 dəqiqə vaxt lazımdır. Düzünü desəm, çox nadir hallarda bunu edirəm. Həftədə 1-2 dəfə yemək bişirirəm. Yeməkləri çox vaxt həyat yoldaşım hazırlayır. Ona görə də mənim bu işi görməyimə ehtiyac qalmır".
O, yaxşı formada qalmaq üçün düzgün qidalandığını bildirib: "Kökəlməyə meylli olmasanız da, məşqsiz artıq çəki ala bilərsiniz. Düşünürəm ki, sağlam qidalanmalı və sağlamlağımıza diqqət yetirməliyik".
Moldova millisinin üzvü boş vaxtlarında film izlədiyi və kitab oxuduğunu da vurğulayıb: "Məşqçilərin və futbolçuların həyatından bəhs edən avtobioqrafik kitablar oxumağı xoşlayıram. Bu müddətdə Ser Aleks Fergüsson və Ceymi Vardinin avtobioqrafiyasını oxumuşam".
Koçuk eyni zamanda məşqləri unutmadığını və gündə iki dəfə evdə hazırlaşdığını söyləyib.