Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 20:48
"Bavariya"nın ulduz futbolçusu Kinqsli Koman "Barselona"nın maraq dairəsindədir.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Lautaro Martinez və ya Neymarın komandaya keçidi alınmasa, fransalını heyətə cəlb edəcək.
Münhen təmsilçisi oyunçuya 60 milyon avro qiymət qoyub. Əgər "Barselona" bu məbləği ödəməyə razı olarsa, transfer gerçəkləşə bilər. Ancaq Kataloniya klubu üçün əsas prioritet Neymar və ya Martinezdir.
Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə 24 oyun keçirib və 5 qol vurub.